İtaliya Daxili İşlər Nazirliyi Moskva vilayətində terror aktı nəzərə alınmaqla antiterror tədbirlərinin gücləndirilməsi qərarı qəbul edilib. Bu barəə bazar ertəsi EFE agentliyi məlumat verir.
Təhlükəsizlik məsələləri üzrə milli komitənin iclasında müvafiq qərar qəbul edilib. Tədbirlərin, xüsusilə katolik Pasxa bayramları zamanı təhlükəsizliyi daha səmərəli təmin etməyə imkan verəcəyi güman edilir.
"Görüş iştirakçıları Moskva yaxınlığında baş verən terror aktını diqqətlə təhlil ediblər. Bu təhlil terrorçulardan qorunmaq üçün əvvəl tətbiq olunan tədbirlərin təkmilləşdirilməsi məqsədilə zəruri idi", - İtaliya DİN-dən qeyd ediblər.
İtaliyanın xarici işlər naziri Antonio Tayani qeyd edib ki, hökumət həmvətənlərini terror təhlükəsindən daha səmərəli qorumağa çalışır. «Biz (Rusiyada - İF) baş verənləri yaxından izləyirik və italyanları mümkün qədər yaxşı qorumağa çalışırıq», - Tayani yerli radionun efirində deyib. **