Fransa xüsusi xidmət orqanları ölkədə müntəzəm olaraq terror təhlükəsi ilə üzləşir və demək olar ki, hər ay terror aktlarının qarşısını alır. Bu barədə Fransanın daxili işlər naziri Jerald Darmanen bazar ertəsi bəyan edib.
«Biz çox sayda terror aktlarının qarşısını alırıq və bu hallar hər zaman fransızlara və mediaya məlum olmur», - Darmanen bildirib. Nazirin sözlərinə görə, bu cür hallar «demək olar ki, hər ay» baş verir. **