ABŞ-ın Merilend ştatının Baltimor şəhərində iri gəminin çırpılması nəticəsində Francis Scott Key körpüsünün bir hissəsi uçub. Bu barədə “Associated Press” məlumat yayıb.
Saat 01:30 radələrində iri gəmi körpüyə çırpılaraq alışıb və Patapsko çayına düşüb. Eyni zamanda, bir neçə avtomobil də çaya düşüb.
Xilasedicilər suya düşmə ehtimalının olduğu ən azı 7 nəfərin axtarışını həyata keçirir.
Hadisənin baş verdiyi ərazidə bütün yollar bağlanıb.
Dördzolaqlı Francis Scott Key körpüsünün uzunluğu təxminən 2,6 km-dir.*