İsrailin xarici işlər naziri İsrael Katz hesab edir ki, ABŞ BMT Təhlükəsizlik Şurasının Qəzza zolağında atəşkəsə çağıran qətnaməsinə veto qoymamaqla İsrail və HƏMAS qruplaşması arasında danışıqların gedişinə ziyan vurub. Bu barədə “The Times of Israel” nəşri məlumat yayıb.
“HƏMAS atəşkəsin baş verəcəyi və bunun əvəzini ödəmək məcburiyyətində qalmayacağı faktına əsaslanır”, - deyə Katz İsrail Müdafiə Ordusunun radiostansiyasının efirində bildirib.
Onun sözlərinə görə, ABŞ-ın qətnaməyə səs verməmək qərarı “mənəvi və etik səhv”dir. Katz hesab edir ki, qətnamə HƏMAS-ı razılaşmanın əldə edilməsində tələsməməyə sövq edir. O, qətnamənin qəbul edilməsini HƏMAS-ın İsrailin atəşkəs və girov mübadiləsi ilə bağlı irəli sürdüyü şərtlərdən imtina etməsi ilə əlaqələndirib.
Eyni zamanda, İsrail XİN başçısı qeyd edib ki, İsrail-ABŞ əlaqələri hələ də güclüdür, ABŞ Prezidenti Co Baydenin mövqeyi isə Demokrat Partiyasının “radikal qanadı”nın təzyiqinin nəticəsidir. “Buna görə də biz məqsədlərimizdən əl çəkməyəcəyimizi hərbi yolla sübut etməliyik”, - deyə Katz əlavə edib.*