Ermənistan KTMT-nin qərarlarını bloklamır, lakin iclaslarda da iştirak etmir. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
“Biz KTMT-nin yüksək səviyyəli tədbirlərində iştirak etmirik. Biz KTMT-nin qərarlarını bloklamır, lakin iclaslarda da iştirak etmirik”, - deyə Paşinyan Yunanıstanın “Kathimerini” nəşrinə müsahibəsində bildirib.
O qeyd edib ki, Ermənistan bütün tərəfdaşları ilə qarşılıqlı faydalı əlaqələr qurmaq üçün açıqdır.
“Hədəfimiz regionda sülh və sabitliyin bərqərar olmasıdır. Bu məqsədlə biz təhlükəsizlik sahəsində əlaqələrimizi şaxələndiririk”, - deyə Paşinyan vurğulayıb.
Baş nazir, həmçinin qeyd edib ki, Ermənistanın tərəfdaşlarla təhlükəsizlik sahəsində əməkdaşlığı hər hansı bir ölkəyə qarşı yönəlməyib.
“Müdafiə imkanlarının gücləndirilməsi Ermənistanın ərazi bütövlüyü və suverenliyinin qorunmasına xidmət edir”, - deyə Paşinyan bildirib.*