Almaniya hökuməti antiterror tədbirləri çərçivəsində iyun və iyul aylarında AVRO-2024 zamanı bütün sərhədlərində nəzarət tətbiq edəcək. Bu barədə Almaniya mətbuatı ölkənin daxili işlər naziri Nensi Fezerə istinadən məlumat yayıb.
O qeyd edib ki, bu cür tədbirlər aqressiv əhval-ruhiyyəli cinayətkarların, xüsusən də islamçı və digər ekstremistlərin mümkün girişinin qarşısını almaq, böyük beynəlxalq tədbirdə təhlükəsizliyi maksimum təmin etmək üçün lazımdır.
AVRO-2024-ə iyunun 14-də Almaniya və Şotlandiya yığmaları arasında keçiriləcək oyunla start veriləcək. Bu il turnir Almaniya ərazisində keçiriləcək.
Almaniya daxili sərhəd nəzarətinin ləğv edildiyi Şengen zonasına daxildir. Lakin fövqəladə hallarda bu nəzarətin müvəqqəti olaraq bərpasına icazə verilir.*