Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev amerikalı senator Stiv Deynslə ABŞ-la enerji sahəsində əməkdaşlığı müzakirə edib.
Görüşdə qeyd olunub ki, Amerikanın enerji şirkətlərinin təbii uranla təmin olunma həcminin artırılması istiqamətində fəal iş aparılır.
“Bu gün “Southern Company”, “Constellation”, “Duke Energy” kimi bir çox ABŞ şirkətləri ilə 2032-ci ilə qədər uran məhsullarının tədarükü haqqında müqavilələr mövcuddur”, - deyə məlumatda bildirilir.
Qazaxıstan hər il dünyada nüvə enerjisinin uran məhsullarına olan tələbatının 45%-dən çox hissəsini təmin edir.
Qazaxıstanda uran hasilatı ilə dövlətə məxsus “Kazatomprom” şirkəti məşğul olur. 2023-cü ildə şirkət uran istehsalını 1% - 21,112 min tona qədər azaldıb, 2024-cü ildə isə 21-22,5 min ton uran istehsal etməyi planlaşdırır.
2023-cü ildə Qazaxıstandan Qərb ölkələrinə ixrac olunan uranın 64%-i Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) ilə daşınıb.*