Martın 26-da fermerlər Avropa Komissiyasının Brüsseldəki əsas binasında genişmiqyaslı etiraz aksiyası keçiriblər. Bu barədə Avropa KİV-ləri məlumat yayıb.
Yüzlərlə traktor Belçika paytaxtının Avropa məhəlləsində küçələrdə yolu bağlayıb.
Polis etiraz aksiyasını dağıtmaq üçün su şırnaqları və gözyaşardıcı qazdan istifadə edib.
Belçika mətbuatı qeyd edir ki, bu, fermerlərin bu il keçirdiyi üçüncü böyük aksiyadır.*