Analitiklər gözləyirlər ki, martın 28-də Mərkəzi Bank (AMB) uçot dərəcəsinin 50 f.b. – 7,25%-dək azalması barədə qərar qəbul edəcək. Bu barədə Trading Economics proqnoz verir.
Xəbər verildiyi kimi, 31 yanvar 2024-cü ildə Azərbaycan Respublikası Mərkəzi Bankı (AMB) uçot dərəcəsinin 25 f.b. - 7,75%-ə endirilməsi ilə bağlı qərar qəbul edib. Faiz dəhlizinin aşağı həddi 6,5%-dən 6,25%-ə, faiz dəhlizinin yuxarı həddi isə 9%-dan 8,75%-ə endirilib. **
R.Kərimov