“SOCAR Methanol” MMC 2024-cü ilin yanvar-fevral aylarında 94,9 min ton metanol istehsal edib, bu da 2023-cü ilin analoji dövrünün göstəricisindən 2 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yanvarın 1-nə olan vəziyyətə görə, müəssisənin anbarında 22,3 min ton hazır məhsul var.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, yanvar-fevral aylarında “SOCAR Methanol” $15 milyon 687,79 min dəyərində (azalma 0,5% - İF) 82 min 400,7 ton metanol (artım 10% - İF) ixrac edib. Hesabat dövründə ixracın ümumi həcmində metanolun payı 0,33%, qeyri-neft məhsullarının ixrac həcmində 3,45% təşkil edib.
Xəbər verildiyi kimi, 2023-cü ildə “SOCAR Methanol” 494,6 min ton metanol (azalma 7,5%) istehsal, $89 milyon 858,38 min (аzalmа 31,9% - İF) məbləğində 501 min 571,52 ton (azalma 0,5% - İF) ixrac edib.
Bakı şəhərinin Qaradağ rayonunda yerləşən Metanol zavodu “AzMeCo” şirkəti tərəfindən inşa edilib. Zavodun inşasına $500 milyona yaxın sərmayə qoyulub. Zavodun illik istehsal gücü 720 min ton metil spirti təşkil edir.
SOCAR məhkəmənin qərarı ilə Azərbaycan Beynəlxalq Bankından alınaraq “Aqrarkredit” QSC-nin sərəncamına verilmiş müəssisəni sonuncudan 810 milyon manata əldə edib.**
N.Abbasova