Ermənistan Rusiya sərhədçilərinin Ermənistan-Türkiyə sərhəddindən çıxarılması məsələsini müzakirə etmir. Bu barədə Ermənistan parlamentinin spiketi Alen Simonyan bəyan edib.
«Bu barədə söhbət olmayıb», - Simonyan jurnalistlərin müvafiq sualına cavab verib.
Bununla yanaşı, o qeyd edib: "Türkiyə Ermənistana hücum etmək qərarına gəlsə, Rusiya sərhədçiləri hərəkət edə və ya müdafiə edə biləcəklərinə şübhə edirəm. Böyük şübhələrim var".
O, həmçinin bəyan edib ki, «Ermənistan müstəqil ölkədir, bununla hesablaşmaq lazımdır və tərəfdaşlarımız qarşında bərabər tərəfdaşın olduğunu başa düşərək hərəkət etməlidirlər».
Simonyan həmçinin qeyd edib ki, avqustun 1-dən Rusiya sərhədçiləri İrəvanın «Zvartnots» beynəlxalq hava limanından çıxarılacaqlar.
"Ermənistan üçün bu məsələ artıq həll olunub. Burada müzakirə ediləcək bir şey yoxdur. Hər şey qüvvədədir", - o deyib. **