Ermənistan hazırda Avropa İttifaqına üzv olmaq məsələsini müzakirə etmir. Bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan bəyan edib.
"Ermənistan hazırki mərhələdə Aİ-yə üzv olmaq məsələsini müzakirə etmir. Düşünmürəm ki, bu baş verə bilər", - Simonyan çərşənbə axşamı jurnalistlərə bildirib.
Fevralın sonunda Simonyan Ermənistanın Avropa İttifaqı ilə münasibətləri dərinləşdirməyə və Aİ-yə üzvlüyünə namizəd olmağa hazır olduğunu bildirib. **