Heydər Əliyev Beynəlxalq Aeroportunda martın 20-dən 27-dək 121 mindən çox sərnişinə xidmət göstərilib ki, da ötən ilin müvafiq dövrünün nəticələrindən 32,5 % çoxdur. Bu barədə hava limanının məlumatında deyilir.
Məlumata görə, qeyd olunan dövrdə ən sıx gün martın 24-də olub və 19,334 min sərnişinə xidmət göstərilib. Həmin gün Heydər Əliyev Beynəlxalq Aeroportunda aviaşirkətlər tərəfindən 162 reys həyata keçirilib.
bayram günlərində ümumilikdə Heydər Əliyev Beynəlxalq Aeroportundan ən populyar istiqamətlər Naxçıvan, İstanbul, Dubay, Tbilisi, Əbu-Dabi, Moskva, Dehli, Sankt-Peterburq, Ankara və Aktau olub.**
N.Abbasova