2024-cü ilin yanvar ayında Avropa İttifaqı (Aİ) ölkələrindən Azərbaycana 10 nəfərdən az adamın daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin ixracı 2023-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 19% azalaraq 12,7 milyon avroya çatıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Aİ-nin Statistika İdarəsinin (Avrostat) məlumatına istinadən xəbər verir.
Hesabat ayında əsas ixracatçıların üçlüyünə Almaniya (4,7 milyon avro, ildən ilə azalma 39,2%), Slovakiya (4,65 milyon avro, artım 24,1%) və İtaliya (2,1 milyon avro, artım 67,7%) daxil olub.
Xəbər verildiyi kimi, 2023-cü ildə Avropa İttifaqı (Aİ) ölkələrindən Azərbaycana 10 nəfərdən az adamın daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin ixracı 2022-ci illə müqayisədə dəyər ifadəsində 44,9% artaraq rekord 250 milyon avroya çatıb. **
R.Kərimov