“Crocus City Hall”da terror aktından sonra Rusiya Federasiyasının İstintaq Komitəsinə (İK) itkin düşmüş ziyarətçilərlə bağlı 143 ərizə daxil olub. Bu barədə İK-nin Teleqram kanalında məlumat verilir.
"RF İsintaq Komitəsinə terror aktı nəticəsində qohumlarının və ya yaxınlarının itkin düşməsi ilə bağlı zərərçəkənlərdən 143 ərizə daxil olub. Hazırda ölənlərin 84 meyiti, o cümlədən 9- 16 yaş arası 5 uşağın meyiti müəyyənləşdirilib", - məlumatda bildirilir.
Qeyd edilib ki, bütün bu məlumatlar hadisə yerində keçirilən müşavirə zamanı İK-nin sədri Aleksandr Bastrıkinə məruzə olunub. **