Azərbaycan Respublikası Mərkəzi Bankı (AMB) martın 29-dan etibarən uçot dərəcəsinin 7,75%-dən 7,5%-ə endirilməsi ilə bağlı qərar qəbul edib.
AMB-nin məlumatında deyilir ki, faiz dəhlizinin aşağı həddi 6.25% səviyyəsində dəyişməz saxlanılıb, faiz dəhlizinin yuxarı həddi isə 8.75%-dən 8.5%-ə endirilib.
Mərkəzi Bank sonuncu dəfə 2024-cü il yanvarın 31-də uçot dərəcəsinin parametrlərini nəzərdən keçirib və onun fevralın 1-dən etibarən 25 faiz bəndi - 7,75%-ə endirilməsi ilə bağlı qərar qəbul edib.*
R.Əhmədov