Azərbaycan Mərkəzi Bankı (AMB) 2024-cü ildə cari əməliyyatlar hesabının profisitini $7-8 milyard səviyyəsində gözləyir.
“2024-cü ilin əvvəlindən bəri valyuta bazarında tarazlıq qorunub. (...) 2023-cü ilin yekunu üzrə tədiyə balansının cari əməliyyatlar hesabında ümumi daxili məhsulun (ÜDM) 11.5%-i səviyyəsində profisit olub. Proqnozlara əsasən mövcud meyillərin davam edəcəyi təqdirdə 2024-cü ilin yekunu üzrə də cari əməliyyatlar hesabının profisitli $7-8 milyard səviyyəsində gözlənilir”, - deyə “İnterfaks-Azərbaycan” agentliyi AMB-nin uçot dərəcəsi ilə bağlı məlumatına istinadən bildirir.
Xəbər verildiyi kimi, 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti $6 milyard 673,9 milyon və ya ÜDM-in 12,5%-ni təşkil edib. AMB-nin qiymətləndirmələrinə görə, 2023-cü ilin yekunları üzrə tədiyə balansının cari əməliyyatlar hesabının profisiti $9-10 milyard səviyyəsində gözlənilir.*
R.Əhmədov