Ermənistanda “mühacirətdə olan Qarabağ hökuməti”nin mövcud olması haqqında bəyanatlar ölkənin milli təhlükəsizliyinə təhdid yaradır. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
“Bəzi dairələr (...) Ermənistanın milli təhlükəsizliyinə təhlükə yaradan hərəkətlər edir və bəyanatlar verir (“mühacir Qarabağ hökuməti” haqqında – İF). Mən çox aydın şəkildə bildirmək istəyirəm ki, Ermənistanda bir hökumət var”, - deyə o, bu gün hökumətin iclasında bildirib.
Baş nazirin sözlərinə görə, lazım gələrsə, xarici qüvvələrin müəyyən dairələrdən istifadə edərək Ermənistanın təhlükəsizliyinə təhdid yaratmaması üçün müvafiq tədbirlər görülməlidir.
“Ermənistanda hər hansı başqa bir hökumət mövcud ola bilməz. Bu cür hərəkətlər cavabsız qala bilməz”, - deyə Paşinyan qeyd edib.*