Azərbaycan Mərkəzi Bankı (AMB) 2024-cü ilə olan illik inflyasiya proqnozunu 4±2% səviyyəsində saxlamaqla cari ilin aprel-dekabr aylarında azalacağını mümkün hesab edir.
“Ümumilikdə, inflyasiyanın artırıcı və azaldıcı riskləri bir-birini tarazlaşdırır. 2024-cü ilə inflyasiya proqnozu (yanvar proqnozu: 5.3%) dəyişməz saxlanılıb. Mövcud şərtlərin dəyişməz qalacağı təqdirdə 2024-cü ildə illik inflyasiyanın hədəf daxilində (4±2%) qalacağı gözlənilir. Təhlillər göstərir ki, ilin qalan dövründə illik inflyasiya proqnozunun azaldılma istiqamətində dəyişdirilməsi ehtimalı var”, - deyə “İnterfaks-Azərbaycan” agentliyi AMB-nin uçot dərəcəsi haqqında məlumatına istinadən bildirir.
AMB qeyd edir ki, xarici mənşəli başlıca inflyasiya riskləri odur ki, geosiyasi gərginliklərin davam etməsi, mühüm beynəlxalq ticarət yollarında yaranan maneələr, eləcə də iqlim dəyişiklikləri dünya bazarında əmtəə qiymətlərini və tərəfdaş ölkələrdə inflyasiyanın dəyişkənliyini yüksəldə bilər. İnflyasiyanı artıra biləcək başlıca daxili risk xərc amillərinin aktivləşməsi ola bilər.
Xəbər verildiyi kimi, 2023-cü ildə Azərbaycanda inflyasiya (12 aylıq) 2,1%, orta illik inflyasiya isə 8,8% təşkil edib.*
R.Əhmədov