SOCAR-ın prezidenti Rövşən Nəcəf Əli Qurbanovu “Azneft” İstehsalat Birliyinin baş direktoru təyin edib. Bu barədə İstehsalat Birliyinin məlumatında deyilir.
SOCAR-dan “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib ki, Ə.Qurbanov bu vəzifədə Şahmar Hüseynovu əvəz edib.
Ə.Qurbanov bundan əvvəl “Umid-Babək Əməliyyat Şirkəti”nin Azərbaycandakı filialının direktoru vəzifəsində çalışıb.
Ş.Hüseynov 2019-cu ilin dekabr ayından “Azneft” İstehsalat Birliyinə rəhbərlik edirdi.*
N.Abbasova