Azərbaycan 14-19 oktyabr tarixlərində Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad və Birləşmiş Ərəb Əmirliklərinin Dubay və Abu-Dabi şəhərlərinə ixrac missiyası təşkil etməyi planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) məlumat verilib.
“İxrac missiyasında qida məhsulları və içki istehsalı ilə məşğul olan Azərbaycan şirkətlərinin təmsilçiləri iştirak edəcək”, - deyə agentlikdən bildirilib.
İxrac missiyasında iştirak etmək istəyən şirkətlər təkliflərini 25 iyun tarixinədək təqdim etməli, eləcə də iyulun 19-da keçiriləcək müvafiq müsabiqədə iştirak etməlidir.
Seçim meyarlarına ixracatçının nümayiş olunacaq məhsulları üzrə istehsal potensialı, nümayiş olunacaq məhsulların hədəf ölkəyə ixrac potensialı, sahibkarın əvvəllər ixrac təcrübəsinin olması daxildir.*
R.Əhmədov