Azərbaycan 16-21 sentyabr tarixlərində Türkiyəyə ixrac missiyası təşkil etməyi planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) məlumat verilib.
“16-21 sentyabr tarixlərində Adana, Mərsin və İstanbul şəhərlərinə ixrac missiyası təşkil olunacaq. İxrac missiyasına qida və içki sənayesi, eləcə də tikinti materialları sahəsində fəaliyyət göstərən Azərbaycan şirkətlərinin təmsilçiləri daxil olacaq”, - deyə agentlikdən bildirilib.
İxrac missiyasında iştirak etmək istəyən şirkətlər təkliflərini 3 iyun tarixinədək təqdim etməli, iyunun 19-da keçiriləcək müvafiq müsabiqədə iştirak etməlidir.
Seçim meyarlarına ixracatçının nümayiş olunacaq məhsulları üzrə istehsal potensialı, ixrac potensialı, sahibkarın əvvəllər ixrac təcrübəsinin olması daxildir.*
R.Əhmədov