2023-cü ilin yekunları üzrə Azərbaycanın maliyyə sisteminin dərinliyi 63,6 milyard manat və ya ÜDM-in 51,7%-ni təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən bildirilib.
2022-ci ilin yekunları üzrə Azərbaycanın maliyyə sisteminin dərinliyi 61,6 milyard manat və yaxud ÜDM-in 46%-ni təşkil edib.
Beləliklə, 2023-cü ildə Azərbaycanın maliyyə sisteminin aktivləri 3,2% artıb.
“Ötən ilin yekunları üzrə Azərbaycanın maliyyə sisteminin aktivləri 63,6 milyard manat və ya ÜDM-in 51,7%-i səviyyəsində (qeyri-neft ÜDM-in 81,9%-i) qiymətləndirilir. Aktivlərin 77,3%-i (2022-ci ilin yekunları üzrə 76,4%-i) bankların payına düşür”, - deyə hökumətdən qeyd olunub.
2023-cü ildə bankların aktivləri 2022-ci ilin göstəricisi ilə müqayisədə 4,5% artaraq 49,2 milyard manat təşkil edib.
Maliyyə sektorunun aktivlərinin strukturunda 19,7% bank olmayan kredit təşkilatlarının (BOKT) payına düşür. 2022-ci ildə bu göstərici 20,8% olub.
Sığorta sektoru və investisiya şirkətlərinin maliyyə dərinliyinə töhfəsi cüzidir və müvafiq olaraq 2,8% və 0,2% təşkil edir.*
A.Əzizov