ABŞ hakimiyyəti mülki şəxslərin həyatına son qoyan zərbə mübadiləsinin səngimədiyi sərhəddə vəziyyətin sabitləşdirilməsini İsrail və Livan üçün prioritet vəzifə hesab edir. Bunu Ağ Evin müşaviri Con Kirbi deyib.
“Sərhəddə sakitliyi bərpa etmək ABŞ Prezidenti Co Bayden və onun administrasiyası üçün ən vacib prioritetdir. Hesab edirik ki, bu, həm Livan, həm də İsrail üçün də çox böyük əhəmiyyət kəsb edir”, - deyə Qərb KİV-ləri Kirbinin sözlərindən sitat gətirir.
Yerli KİV-lər xatırladır ki, İsrail-Livan sərhədində vəziyyət gərgin olaraq qalır. Belə ki, Livanın “Hizbillah” hərəkatı İsraili endirdiyi zərbələr nəticəsində dörd yaraqlı və iki xilasedicinin, sərhəd zonasında isə ümumilikdə 11 mülki şəxsin həlak olmasında ittiham edib. Buna cavab olaraq “Hizbullah” ötən gün İsrailə reaktiv mərmilər atıb, nəticədə Kiryat-Şmona şəhərində bir mülki şəxs ölüb. Hərəkat cümə axşamı Şlomi yaşayış məntəqəsinə və Goren kəndinə zərbələri davam etdirib. Öz növbəsində, İsrail Müdafiə Ordusu qruplaşmanın Livandakı hərbi düşərgəsinə hücum edərək yaraqlılarını zərərsizləşdirdiyini bildirib.*