“Rosselxoznadzor” 2024-cü ildə altı ölkədə kənd təsərrüfatı bitkilərinin toxumlarının sınaq laboratoriyalarının auditini keçirməyi planlaşdırır.
Xidmətin rəhbəri Sergey Dankvert jurnalistlərə açıqlamasında bildirib ki, mütəxəssislər Çili, Azərbaycan, Tailand, Türkiyə, Argentina və Özbəkistandakı laboratoriyalarda yoxlama aparacaqlar.
Onun sözlərinə görə, “Rosselxoznadzor” 108 istehsalçı ölkəni və RF-yə toxum tədarükçüsünü “Toxumçuluq haqqında” qanunun qüvvəyə minməsi barədə məlumatlandırıb. Qanun tədarükçü ölkələrin laboratoriyalarının Rusiya qanunvericiliyinə uyğunluğunu müəyyən etmək üçün bu laboratoriyalarda auditin aparılmasını nəzərdə tutur. Laboratoriyaları audit prosedurundan keçməyən dövlətlərdən toxum və əkin materialının idxalı 2024-cü il sentyabrın 1-dən mümkün olmayacaq.*
Xəbərlər şöbəsi