2024-cü ildə Azərbaycanda dörd yeni bərpa olunan enerji stansiyasının təməlinin qoyulmasının planlaşdırılır. Bu barədə energetika naziri Pərviz Şahbazov məlumat verib.
Energetika Nazirliyində “Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə yaradılmış Komissiyanın növbəti iclası keçirilib.
“İnterfaks-Azərbaycan” nazirliyə istinadən xəbər verir ki, Şahbazov məlumat verib ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində dörd yeni bərpa olunan enerji stansiyasının təməlinin qoyulmasının planlaşdırılır.
Sonra iclasın gündəliyinə uyğun olaraq Komissiyanın son iclasından ötən dövr ərzində görülmüş işlərə dair Katibliyin hesabatı dinlənilib. Dənizdə külək enerjisi layihələri üçün ayrılması nəzərdə tutulan su obyektlərininbərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi prosesibarədə məlumatlar təqdim edilib.
İclasda, həmçinin “Masdar” şirkəti ilə həyata keçirilən layihlərlə bağlı görülənişlərə dair müzakirələraparılıb. **
B.Rüstəmbəyov