Azərbaycan Respublikasının Məcburi KöçkünlərinSosial Inkişaf Fondu (MKSİF) Cəbrayıl rayonunun Şükürbəyli kənd yaşayış məntəqəsində (Şərqi Zəngəzur iqtisadi rayonu) 399 fərdi yaşayış evinin tikintisi üçün podratçı seçir.
Şükürbəyli kənd yaşayış məntəqəsi 1042 ailə üçün, birincimərhələdə - 635 ailə üçün nəzərdə tutulacaq.
Podratçıların seçimi 5 tender vasitəsilə aparılacaq, tenderin hər birində iştirak haqqı 1,606 min manatdan 2,54 min manatadək dəyişir.
Qiymətləndirmələrə əsasən, fərdi yaşayış evlərinin tikintisi təqribən 71,7 milyon manata başa gələcək.
Şirkətlərdən təkliflər 15 may 2024-cü il saat 14:00-dək qəbul olunur. İddiaçıların təklifləri dərhal açılacaq.
Əlaqə telefonu: (+99412) 431-87-03, əlaqələndirici şəxs – Aygün Hüseynova. E-mail:aygunmksif@gmail.com.
Xəbər verildiyi kimi, 2023-cü il may ayında Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə Şükürbəyli kəndinin təməli qoyulub. **
R.Kərimov