İsveçrə 2024-cü ilin yanvar-fevral aylarında Azərbaycana 17 tona yaxın əczaçılıq məhsulları ixrac edib ki, bu da 2023-cü ilin müvafiq dövrünün göstəricisindən 11,5% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi İsveçrə Gömrük İdarəsinə istinadən xəbər verir.
İsveçrədən Azərbaycana əczaçılıq məhsullarının ixracı dəyər ifadəsində 9% artaraq 12,6 milyon frank (13,3 milyon avro) təşkil edib.
İxracın əmtəə strukturunda dərman vasitələri (mal nomenklaturasının kodu - 3004) üstünlük təşkil edib, İsveçrədən Azərbaycana dərman vasitələrinin ixracı miqdar ifadəsində 11,6% - 17 tona qədər azalıb, dəyər ifadəsində isə 6,4% - 12,2 milyon franka qədər (12,9 milyon avro) artıb.
İsveçrə Gömrük İdarəsinin məlumatına görə, 2023-cü ildə İsveçrə Azərbaycana təqribən 37 milyon frank dəyərində (37,9 milyon avro, artım 2,6%) 85 tona yaxın əczaçılıq məhsulları (artım 27,1%) ixrac edib.**
R.Kərimov