Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov BMT-nin İnkişaf Proqramının (UNDP) Azərbaycandakı rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Rokkasalvo ilə görüşüb.
“Görüşdə ölkəmizlə əməkdaşlığın gündəliyindəki məsələləri müzakirə etdik: dayanıqlı inkişaf üçün maliyyələşmə mexanizmlərinin tətbiqi; enerji səmərəliliyinə investisiyaların artırılması istiqamətində layihələrin perspektivləri; COP29-la (11-22 noyabr 2024-cü ildə Azərbaycanda keçiriləcək - İF) bağlı potensial tərəfdaşlıq istiqamətləri”, - Cabbarov “X” hesabında yazıb. **
B.Rüstəmbəyov