Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mayın əvvəlində ABŞ-a səfər etmək niyyətindədir. Bu barədə cümə günü “Daily sabah” nəşri Türkiyə rəıhbərliyindəki mənbələrə istinadən xəbər verir.
«9 may tarixində prezident Ərdoğanın ABŞ-a səfəri planlaşdırılır», - məlumatda deyilir.
Qeyd olunur ki, bu, Ərdoğanın Co Baydenin prezidentliyi dövründə Ağ Evdə ilk danışıqları olacaq.
Xüsusilə, Ərdoğan və Bayden arasında Qəzza zolağındakı vəziyyət, müdafiə sahəsindəki əməkdaşlıq və terrorizmə qarşı mübarizə məsələlərinin müzakirəsi gözlənilir.
«Daily sabah»ın mənbəyi əlavə edib ki, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın cümə günü Vaşinqtonda ABŞ Nümayəndələr Palatasının üzvləri ilə görüşəcək. **