Azərbaycan Respublikası Nazirlər Kabineti Bakı şəhərətrafı dəmiryol nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya verilməsi ilə bağlı qərar qəbul edib. Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY)məlumat verilir.
“Müvafiq qərar ADY-nin Abşeron dairəvi dəmir yolu marşrutu üzrə sərnişindaşıma xidmətinə şamil olunur. Hökumətin qərarı subsidiya məbləğinin hesablanması, bu məbləğin proqnozlaşdırılması və ödənilməsinə dair prosedur qaydasını və tələbləri müəyyən edir”, - ADY-nin məlumatında qeyd olunur.
Vurğulanıb ki, ADY-nin Bakıətrafı marşrutlar üzrə sərnişindaşıma xidmətinin maliyyələşməsi bu istiqamətdə meydana çıxan maliyyə çətinliklərini qismən kompensasiya etməklə mövcud qatar parkının daha təhlükəsiz, rahat və səmərəli xidmət göstərməsinə yardım edəcək.
Həmçinin, ADY-dən qeyd olunub ki, RF, Qazaxıstan, Türkiyə, İsveçrə, Avstriya, Fransa, Almaniya və Avropa İttifaqının digər ölkələri dəmir yolu sərnişin daşımalarının subsidiyalaşdırılması üzrə uzunmüddətli təcrübəyə malikdir. **
B.Rüstəmbəyov