Cümə günü Azərbaycan prezidenti İlham Əliyev və Bolqarıstan prezidenti Rumen Radev arasında telefon danışığı olub.
Azərbaycan liderinin mətbuat xidməti məlumat verir ki, söhbət Bolqarıstan tərəfinin təşəbbüsü ilə baş tutub.
“Radev Bakıya nəzərdə tutulan səfərinin ölkəsindəki daxili siyasi öhdəliklər səbəbindən gözlənilmədən təxirə salınmasından təəssüfləndiyini bildirib”, - məlumatda deyilir.
Prezidentlər diplomatik kanallar vasitəsilə səfərin yeni tarixlərinin razılaşdırılacağını bildiriblər.
Telefon danışığı əsnasında dövlət başçıları qarşılıqlı maraq kəsb edən sahələrdə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər.
“İki ölkə arasında enerji, sərmayələr, nəqliyyat bağlılığı, habelə biznes təmaslarının təşviqi sahələrində tərəfdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanların mövcud olduğu vurğulanıb. Həmçinin müqavilə-hüquq bazasının genişləndirilməsi üçün ikitərəfli sənədlərin işçi qaydada razılaşdırılma prosesində olduğu qeyd edilib”, - Azərbaycan prezidentinin mətbuat xidməti vurğulayır. **
X.Nəsirzadə