İsrail Müdafiə OrdusuIsrail əraziləri ilə Qəzza zolağının sərhədində «kənarlaşdırma zonası» yaratmaqda davam edir, onun eni təxminən bir kilometr təşkil edir. Bu barədə cümə günü “Haarets” nəşri peyklərdən əldə olunmuş məlumatlara əsasən məlumat verir.
«Layihənin icrasına mühəndis qoşunları cəlb olunub ki, onlar münaqişə başlamazdan əvvəl İsrail ordusunun fələstinlilər üçün qadağan elan etdiyi rayonu xeyli genişləndirirlər», - nəşr yazır.
İşlər başa çatdıqdan sonra bu zona Qəzza zolağının bütün ərazisinin 16%-ni əhatə edəcək.
Bundan əlavə, israillilər həm də əl-Bureyc düşərgəsi yaxınlığındakı yeri təmizləyirlər, orada Qəzza zolağını iki hissəyə böləcək məkan yaradılır ki, bununla da zolağın strateji magistrallarında hərəkətə nəzarət həyata keçirmək mümkün olacaq. **