ABŞ Rusiya hökuməti ilə meydana gələn təhdidlər barədə məlumatları bölüşməyə davam edəcək. Bu barədə cümə günü ABŞ-ın Moskvadakı səfiri Linn Treysi bəyan edib.
"İllərdir ki, biz Rusiya hökuməti ilə təhdidlər haqqında məlumat paylaşırıq və bunu davam etdirəcəyik. Biz həmçinin Rusiya hökumətinin «Crocus City Hall»da terror hücumunun araşdırılmasına kömək etmək barədə sorğularına cavab verməyə davam edəcəyik”, - Treysinin diplomatik missiya tərəfindən yayılmış bəyanatında deyilir.
Səfir qeyd edib: "Faktlar belədir ki, Rusiya hökumətinə verilən yazılı məlumat konkret, zamanında təqdim olunmuş və etibarlı olub”.
O, həmçinin Rusiya xalqının terror aktından sonra adi həyata qayıtmaq üçün güc tapacağına ümid etdiyini bildirib. **