İsrail Müdafiə Ordusu (İMO) «Islam Cihadı» qruplaşmasının Qəzza zolağının mərkəzi hissəsində Deyr-əl-Balaxdakı «Əl-Əqsa şəhidləri» xəstəxanasının həyətində yerləşən komanda mərkəzinə zərbə endirib. Bu barədə «The Times of Israel» hərbçilərin bəyanatına istinadən xəbər verir.
«İMO-dan bildirilib ki, uzunmüddətli hazırlıqdan sonra komanda mərkəzinə yüksək dəqiqlikli zərbə endirilib ki, xəstəxana ərazisində baş verənlərlə əlaqəsi olmayan mülki şəxslərə zərər dəyməsin», - nəşr məlumat verir.
İMO qeyd edib ki, zərbə zamanı «İslam cihad»ın üzvləri orada olublar və əməliyyat zamanı xəstəxanaya zərər dəyməyib. Hərbçilər əlavə ediblər ki, xəstəxana kompleksində düşmən qərargahının olması «terror təşkilatlarının Qəzza zolağında humanitar və tibbi infrastrukturdan terror fəallığını ört-basdır etmək üçün sistemli istifadə etməsinin digər bir sübutudur». **