Respublikada ilk dəfə olaraq Çindən Azərbaycana yüklərin yerli avtomobil nəqliyyatı vasitəsilə daşınması həyata keçirilmişdir.
Belə ki, soyuducu və kondisionerlərlə yüklənmiş iki ədəd yerli yük nəqliyyat vasitəsi cari ilin 20 iyun tarixində Çin Xalq Respublikasından yola düşmüş və 6 gündən sonra Azərbaycana çatmışdır.
Həmin yük daşımanı həyata keçirmiş “Narçın Transport” MMC’in (www.narchin.az) direktoru Mahmud Namazov bu daşımanı yerli daşıyıcıların Turan yolu ilə ilk daşıması olduğunu vurğulamış və qeyd etmişdir ki, bu uğur Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasındakı iqtisadi və ticari əməkdaşlığın yeni bir səviyəyə yüksələcəyinə və yerli yük daşıyıcıların coğrafi miqyasının genişlənməsinə töhvə verəcəkdir.