Azərbaycan Rusiyanın Qəbələ RLS-i icarəyə götürməsinə qarşı deyil. Lakin Moskva bu regionun inkişaf perspektivlərini nəzərə almalıdır. Prezident Administrasiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov belə bəyan edib.
“Əgər Qəbələ RLS doğrudan da Rusiyaya lazımdırsa və onlar əməkdaşlıq etmək istəyirlərsə, Azərbaycan buna qarşı çıxmayacaq. Ancaq bu məsələ işlərin real vəziyyətinə uyğun olaraq razılaşdırılmalıdır”,- deyə o “ATV” telekanalına bildirib.
N.Məmmədov xüsusilə qeyd edib ki, RLS-in yerləşdiyi Qəbələ rayonunda turizm, kənd təsərrüfatı və digər sahələrin böyük inkişaf perspektivləri var.
N.Məmmədovun fikrincə, danışıqların başa çatmasını lüzumsuz təlaşa yol vermədən, hər hansı nəticəni faciə kimi qarşılamamaq lazımdır.”İstənilən halda faciə baş verməyəcək”,- deyə o qeyd edib.
İnformasiya-analitik mərkəz statusuna malik “Daryal” RLS Qəbələ rayonunun ərazisində yerləşir və Azərbaycanın mülkiyyətinə aiddir. Bu obyekt 2002-ci ildə Azərbaycan və Rusiya parlamentlərinin ratifikasiya etdikləri saziş əsasında 10 il müddətinə Rusiya tərəfinə icarəyə verilib. İcarə haqqı illik $7 mln. təşkil edir. Stansiyanın icarəsinə dair qüvvədə olan saziş 2012-ci ildə bitir.
Xəbər verildiyi kimi, RF-nin müdafiə naziri Anatoli Serdyukov 2011-ci il iyul ayında Bakıda keçirilən danışıqlarda Qəbələ RLS –in icarəsi barədə yeni müqavilənin işlənib hazırlanması barədə razılığa gəlib.
Hələlik tərəflər icarə haqqı məsələsinə dair vahid fikrə gəlməyiblər. Bir sıra Rusiya mətbuatının məlumatlarına əsasən, Azərbaycan ilk olaraq Rusiya tərəfindən illik icarə haqqını $15 mln., sonra tələb edilən məbləği $150 mlnş-a., son zamanlar isə - $300 mln.-a qədər artırıb.
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət