Azərbaycan və Sloveniya “Qarşılıqlı investisiyaların qorunması və təşviqi haqqında” sazişin imzalanmasını sürətləndirəcək. Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev çərşənbə günü belə bildirib.
“Son illər Azərbaycan və Sloveniya arasında iqtisadi əlaqələr genişlənir. Biz “Qarşlığlı investisiyaların təşviqi və müdafiəsi haqqında” sazişin imzalanması prosesini sürətləndirmək qərarına gəlmişik. Bu iş adamları üçün çox vacib sənəddir”,- deyə Ş.Mustafayev Bakıda keçirilən Azərbaycan-Sloveniya işgüzar görüşündə bildirib.
Bununla yanaşı, nazir qeyd edib ki, Azərbaycan və Sloveniya arasında cari mal dövriyyəsi çox aşağı səviyyədədir və mövzud potensiala uyğun gəlmir.
“Azərbaycan Sloveniya ilə tikinti, turizm,infrastrukturun yaradılması, İKT sahələrində əməkdaşlığın genişləndirilməsində maraqlıdır”.- deyə Ş.Mustafayev əlavə edib.
Sloveniyanın baş nazirinin müavini, iqtisadi inkişaf və texnologiya naziri Radovan Zerjav öz növbəsində qeyd edib ki, Azərbaycan və Sloveniya iki ölkənin iç adamlarının fəaliyyət göstərməsi üçün şərtləri yaxşılaşdırmaq istəyir.
“Biz hidroenergetika, alternativ enerji, avtomobil yollarının tikintisi sahələrində əməkdaşlıq məsələlərini müzakirə etdik.Bundan başqa, bəzi layihələr var ki, onların reallaşdırılması üçün Azərbaycan investisiyalarının cəlb edilməsində maraqlıyıq”,- deyə o qeyd edib.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) rəhbəri Rüfət Məmmədov bildirib ki, Azərbaycan və Sloveniya arasında perspektivli sahələrdən biri turizm sahəsidir. O əlavə edib ki, gələcəkdə Sloveniyada Azpromonun nümayəndəliyi açıla bilər.
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət