“Təmiz Şəhər” ASC Beynəlxalq Sahilyanı Təmizlik Aksiyasının 27-ci ildönümünə həsr olunmuş, Sentyabırın 22-si keçiriləcək ekoloji təşəbbüsə qatılacaq.
“Bu cür aksiyalar “Təmiz Şəhər” ASC tərəfindən alqışlanır. Aksiya zamanı toplanmış bütün tullantılar “Təmiz Şəhər” ASC-yə təhvil verilmiş və bu tullantılar sınaq rejimində fəaliyyət göstərən Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda çeşidlənərək təkrar emala yararlı materiallar sənayeyə göndəriləcəkdir. Bununla da çeşidlənmiş tullantılar təkrar emal edilərək onlara ikinci həyat veriləcəkdir” - Təmiz Şəhər ASC-nin Layihələrin idarə olunması və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Oqtay Məmmədov qeyd edib.
Bütün dünyada Coca-Cola şirkəti tərəfindən dəstəklənən həmin aksiya çərçivəsində, Şüvəlan sahili zibil və tullantılardan təmizlənəcək. Beynəlxalq Sahilyanı Təmizlik Günü, sahillərin, daxili suların və okeanların məişət tullantıları və zibildən təmizlənməsi məqsədi ilə keçirilən, dünyanın ən böyük birgünlük könüllülük təşəbbüsüdür.
Təşəbbüsdə, həmçinin bir sıra dövlət və qeyri-hökümət təşkilatları– Milli Olimpiya Komitəsi, Azərbaycan Diplomatik Akademiyası, AMEC, “Green Baku” Klubu, “Təbiətin Dostları Klubu” iştirak edəcəklər.
Tədbir sentyabırın 22-si Şüvəlan qəsəbəsində “Zibili götür. Təmizlə. Fərqi Gör!” şüarı altında keçiriləcək.
Aksiyanın təşkilatçılarından biri olaraq, Coca-Cola şirkəti bütün iştirakçıları nəqliyyatla, üzərilərində loqotip olan köynəklərlə, soyuq içki ilə, naharla və təmizlik üçün lazımi avadanlıqla təmin edəcək.
Aksiyada iştirak etmək üçün 4369067 yaxud 4358509 telefonlarına zəng etməklə, info@redcom.az ünvanına məktub göndərməklə, tədbirin Facebook-dakı səhifəsində http://www.facebook.com/events/415004635214316/ qeydə alınmaqla qoşulmaq olar.
- Son –
Coca-Cola şirkəti haqda
Coca-Cola şirkəti (NYSE: KO) sərinləşdirici içkilərin istehsalı üzrə dünya lideridir. Şirkət 500-dən yuxarı brend istehsal edir. Coca-Cola® şirkəti dünyada ən qiymətli brend kimi qəbul edilib. Onun portfoliosuna dəyəri 14 milyard dollar olan brendlər daxildir: Diet Coke®, Fanta®, Sprite®, Coca-Cola Zero®, vitaminwater, Powerade®, Minute Maid®, Simply® və Georgia® Coffee. Qlobal miqyasda Coca-Cola şirkəti mineral sular, soklar, hazır çay və kofe istehsalı sahəsində liderdir. Qlobal yayım sistemi sayəsində dünyanın 200-dən çox ölkəsindəki istehlakçılar şirkətin istehsal etdiyi içkilərdən istifadə edirlər. Coca-Cola şirkəti hər gün 1.6 milyard içki satır. Qeyd etmək lazımdır ki, şirkət icmaları dəstəkləyir və ətraf mühitin mühafizəsinə, resursların konservləşdirilməsinə və regionun iqtisadi inkişafına yönəlmiş təşəbbüsləri dəstəkləyir. Coca-Cola şirkəti haqda daha ətraflı məlumat almaq üçün şirkətin İnternet səhifəsini ziyarət edə bilərsiniz www.thecoca-colacompany.com.
Azərbaycanda “Azerbaijan Coca-Cola Bottlers Limited” şirkəti 1994-cü ildə qurulub və The Coca-Cola Company markalarından ibarət olan qazlı ve qazsız içkilərin istehsal, satış və yayımını gerçəkləşdirir.
ACCB Azərbaycanda 300 milyon litrə istehsal gücü ilə 9 milyon əhaliyə xidmət etməkdədir. “Coca-Cola İçecek” istehlakçılara 9 fərqli marka (Coca-Cola, Coca-Cola Light, Coca-Cola Zero, Fanta, Sprite, Nestea, Burn, Cappy, BonAqua) təqdim edir. Bu günə qədər Azərbaycanda qoyulan yatırım 100 milyon dollara çatmışdır. Azərbaycandakı Coca-Cola yatırımları neft sektoru xaric, sənaye qurumları arasında ilk və doğrudan da ən böyük xarici yatırımlardan biridir.
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət