Korrupsiyaya qarşı mübarizə Azərbaycan rəhbərliyinin yürütdüyü siyasətin prioritetlərindən biridir. Bu barədə Azərbaycanın Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının katibi Vüsal Hüseynov bəyan edib.
Çərşənbə axşamı Milli Məclisdə keçirilən Korrupsiya Əleyhinə Parlamentarların Qlobal Təşkilatının – GOPAC-ın informasiya sessiyasında V.Hüseynov qeyd edib ki, Azərbaycan korrupsiya ilə mübarizə sahəsində bütün beynəlxalq təşkilatlar, o cümlədən GOPAC ilə sıx əməkdaşlıq edir.
Azərbaycan və GOPAC arasında münasibətlərin uğurla inkişaf etdiyini qeyd edən Milli
Məclisin vitse-spikeri Valeh Ələsgərov əməkdaşlığın gələcəkdə dərinləşəcəyinə əmin olduğunu vurğulayıb.
“GOPAC-ın nümayəndə heyətinin Azərbaycana səfərini münasibətlərin inkişafında yeni mərhələ hesab etmək olar. Ümid edirik ki, 2015-ci ildə GOPAC-ın 6-cı qlobal konfransını Azərbaycanda keçirmək imkanı əldə edəcəyik”, - deyə o bildirib.
“Respublikada son illər ərzində korrupsiyaya qarşı mübarizəyə yönəlmiş ciddi islahatlar həyata keçirilib”, - deyə o vurğulayıb. Vitse-spiker həmin islahatların tədricən daha da dərinləşməsini qeyd edib.
“Korrupsiya problemi dünyanın bütün ölkələrində mövcuddur: inkişaf emiş, inkişaf etməkdə
olan və üçüncü dünya ölkələrində. Bu problemlərin həllində parlamentlərin böyük rolu var”, - deyə Azərbaycan parlamentinin sədr müavini vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycanda korrupsiyaya qarşı mübarizə tədbirləri yalnız müvafiq beynəlxalq konvensiyalara qoşulma və qanunvericlik bazasını təkmilləşdirmə ilə məhdudlaşmır. Ölkədə həmçinin müvafiq dövlət strukturları yaradılıb, bu istiqamətdə beynəlxalq təşkilatlarla əməkdaşlıq inkişaf edir.
Milli Məclisin vitse-spikeri nümunə olaraq Dövlət Neft Fondu və Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) fəaliyyəti barədə məlumat verib.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli vurğulayıb ki, GOPAC-ın gələcəkdə Azərbaycanda yaradılması planlaşdırılan milli nümayəndəliyi təşkilatın Avropa regional nümayəndəliyi rolunu oynaya bilər.
“Korrupsiya Əleyhinə Parlamentarların Qlobal Təşkilatının fəaliyyətinin əsas məqsədi dünyada korrupsiyanın səviyyəsinin azaldılması və planet əhalisinin həyat səviyyəsinin yaxşılaşdırılmasının təmin edilməsi üçün zəruri olan düzgün idarəetmə sisteminin yaradılmasıdır”, - deyə GOPAC-ın Direktorlar Şurasının sədri Edqardo Anqara bəyan edib.
“Qlobal Təşkilat korrupsiyaya qarşı mübarizəyə yönəlmiş ümumi məqsədlə bir araya gələn müxtəlif ölkələrdən olan parlamentariləri öz sıralarında birləşdirir”, - deyə o vurğulayıb.
Sədrin sözlərinə görə, son 10 il ərzində GOPAC böyük inkişaf mərhələsi keçib.
“Dünya sürətlə dəyişir, onunla bərabər böyük potensiala malik olan yeni gənc nəsil böyüyür. Onların tələbatlarını düzgün istiqamətdə təmin etmək daha da çətinləşir. Dünyada gənclərin fəallaşması müşahidə olunur. Bu isə “ərəb baharı”nda öz əksini tapdı. Dünyanın müxtəlif
regionlarında, o cümlədən Qərbdə gənclərin fəaliyyəti mövcud sistemlərə qarşı yönəlib”, - deyə o bildirib.
E.Anqara qeyd edib ki, buna səbəb yaşça böyük nəslin gənclərin tələblərinə cavab verən idarəetməni lazımi səviyyədə təmin etməməsidir.
“Biz onların tələbatlarını yaxşı istiqamətdə təmin etməliyik. Bu tədbirlər insanlar üçün yaxşı həyat şəraitini təmin etmək, milyonlarla insanı yoxsulluqdan xilas etmək naminə həyata keçirilməlidir", - deyə o bildirib.
Onun sözlərinə görə, hazırda dünyada GOPAC-ın iki regional milli nümayəndəliyi fəaliyyət göstərir. Gələcəkdə daha dörd – Afrika, Latın Amerikasi və Mərkəzi-Şərqi Asiyada nümayəndəliklərin açılması planlaşdırılır.
“Biz istərdik ki, bir çox ölkələr idarəetmə sisteminin təkmilləşdirilməsi yolu ilə insanların həyat şəraitinin yaxşılaşdırılması üzrə səylərimizə qoşulsun”, - deyə E.Anqara qeyd edib.
GOPAC Direktorlar Şurasının sədri Azərbaycanın korrupsiya ilə bağlı problemlərin həllinə olan marağını yüksək qiymətləndirib.
“Ölkələr özləri bu cür problemlərin həlli üçün iradə nümayiş etdirməlidirlər”, - deyə o bildirib.
GOPAC-ın icraedici direktoru Akaaş Maharac təşkilatın Azərbaycanda milli nümayəndəlik açması üzrə tədbirlərin həyata keçirilməsinin zəruriliyini qeyd edib.
“Təşkilatımızın əsas məqsədi korrupsiyanın səviyyəsinin azaldılması məqsədilə müxtəlif parlamentlərlə əmkdaşlıqdır. Biz birgə səylərlə yoxsulluğun səviyyəsinin azalması və insanların həyat şəraitinin yaxşılaşması üçün zəruri olan belə idarəetmə sistemini təmin etməliyik. Bu məsələdə parlament üzvlərinin rolu çox vacibdir”, - deyə o vurğulayıb.
A.Maharac müxtəlif ölkələrin ümumbəşər dəyərlərinə əsaslanaraq bütün dünyada korrupsiyaya qarşı səmərəli mübarizə apara biləcəklərinə ümid etdiyini deyib.
GOPAC-ın icraedici direktoru təşkilatın milli nümayəndəliklərinin məqsəd və vəzifələri barədə məlumat verib.
“Azərbaycan GOPAC-ın milli nümayəndəliyinin yaradılmasında böyük rol oynaya bilər”, - deyə A.Maharac qeyd edib.
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət