Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu ilin oktyabr ayında keçiriləcək prezident seçkilərində bütün siyasi partiyaların iştirakı üçün bərabər imkanların yaradıldığını bildirir.
“Azərbaycanda azad, şəffaf, demokratik seçkilərin keçirilməsi üçün hər cür şərait var. Bütün partiyalara seçkilərdə iştirak etmək üçün eyni şərait yaradılıb”, - deyə M.Pənahov dairə seçki komissiyalarının rəhbərləri üçün təşkil edilmiş ixtisasartırma kurslarında bildirib.
“Biz tarixi hadisələrin astanasındayıq. Ölkədə prezident seçkiləri keçiriləcək, bu hadisə mühüm xarakter daşıyır”, - deyə MSK sədri vurğulayıb. O qeyd edib ki, bu gün Azərbaycanda mətbuat azad fəaliyyət göstərir, “heç kim KİV-ə maneə törətmir, bu isə çox sevindirici amildir”.
M.Pənahov vurğulayıb ki, seçkilərin keçirilməsinə bilavasitə cəlb olunan seçki komissiyaları və digər qurumların əməkdaşları yüksək peşəkarlıqları ilə fərqlənməlidirlər. O, həmçinin seçki prosesində beynəlxalq təşkilatlarla əməkdaşlığın əhəmiyyətini qeyd edib.
“Bizim birbaşa vəzifəmiz ölkədə seçkilərlə əlaqədar atılan addımların qanuniliyinə nəzarəti təmin etməkdir. Bu nöqteyi-nəzərdən ixtisasartırma kursları çox vacibdir”, - deyə MSK sədri söyləyib.
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət