Suriya münaqişəsinə hərbi müdaxilə sünni və şiələr arasında müharibəyə çevrilə bilər. Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin belə hesab edir.
“Bu müharibənin müsəlman cərəyanları – sünni və şəilər arasında müharibəyə çevrilməsi ehtimalı mövcuddur. Bu səbəbdən dünya Suriya böhranına dair qərarlar qəbul edərkən ehtiyatlı olmalıdır”, - deyə H.Çətin bazar ertəsi Bakıda jurnalistlərə bəyan edib.
“Suriya münaqişəsinin əvvəlindən mən bu problemin sülh yolu ilə həllinin tərəfdarı olmuşam. İnanmıram ki, xaricdən müdaxilə ilə bu məsələni həll etmək mümkün olsun. Belə olduğu halda vəziyyətin daha da gərginləşməsi ehtimalı var və bu qarşıdurma daha geniş miqyas alacaq”, - deyə o əlavə edib.
H.Çətinin sözlərinə görə, Suriya məsələsinə dair qərarları tələsmədən qəbul etmək və bu ölkədə kimyəvi silahın tətbiqi barədə ehtimalları araşdıran BMT ekspertlərinin hesabatını gözləmək lazımdır.
“Suriyada hərbi əməliyyatlara başlamadan öncə kimyəvi silahın tətbiqinə dair ehtimalları diqqətlə öyrənmək lazımdır. BMT komissiyası kimyəvi silahdan həqiqətən istifadə edilib- edilmədiyini müəyyənləşdirməlidir. Əgər istifadə edilibsə, o zaman kim tərəfindən”, - deyə o bəyan edib.
Diplomat həmçinin vurğulayıb ki, Ankaranın Suriyaya qarşı hərbi əməliyyatlara birbaşa müdaxiləsi Türkiyə üçün pis nəticə verə bilər.
“Qonşu ölkə kimi Türkiyə Suriya münaqişəsinə müdaxilə etməməlidir. ABŞ bizdən 10 min kilometr, Avropa ölkələri 3 min kilometr uzaqdadır. Biz Suriya ilə qonşuyuq və orada baş verənlər onların daxili işidir. Biz müdaxilə etməməliyik”, - deyə H.Çətin vurğulayıb.
H.Çətin “İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin Ankaranın Bəşər Əsədin hərbçiləri tərəfindən kimyəvi silahdan istifadə olunduğunu sübut edən təkzibedilməz məlumatlara malik olması barədə Türkiyə hökumətinin iddiaları haqqında sualı cavablandırarkən bildirib: “İraqa müdaxilədən öncə Kolin Pauell saatlarla BMT Təhlükəsizlik Şurasının iclaslarında bəyan edirdi ki, Səddam Hüseyn kimyəvi, nüvə silahına malikdir. İraqda müharibə 600 mindən çox insanın həyatına son qoydu. Bu günə qədər orada insanlar həlak olur, lakin indiyədək İraqda BMT Təhlükəsizlik Şurasının iclaslarında haqqında danışılan silah tapılmayıb”, - deyə o bəyan edib.
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət