Müştəri məmnuniyyətinin artırılması məqsədi ilə “Bank of Baku” növbəti yeniliyini təqdim edir. Artıq bankın müştəriləri filiallarda növbə gözləyərkən, vaxtlarını daha səmərəli keçirə bilərlər. Belə ki, “Bank of Baku”-nun müştəriləri Wi-Fi xidmətindən yararlanıb, bankın onlara ünvanlanmış xüsusi təklifləri barədə məlumat ala biləcək. Yeni xidmətdən faydalanmaq üçün müştəri sadəcə mobil telefonunda (və ya hər hansı digər mobil cihazında) Wi-Fi alətində “BOB FREE” şəbəkəsini seçməli, daha sonra brauzerə daxil olub “Bank of Baku” tərəfindən hazırlanmış qeydiyyat formasına öz adını, soyadını və mobil telefon nömrəsini daxil etməlidir. Qeydiyyatdan keçəndən sonra müştəri bankın ona etdiyi xüsusi təklif və məlumatlarından xəbərdar ola bilər.
“Bank of Baku”-nun departament direktoru Anar Abbasov deyir ki, bu yenilik sayəsində müştərilər,bank ekspertinə yaxınlaşmadan öncə, bankın onlara edilən təkliflərindən məlumat əldə etmiş olacaq, həmçinin internetdən səmərəli istifadə edəcək. “Bura müştəriyə edilən özəl endirim və güzəştlər, kart balansının artırılmasının mümkünlüyü, bankın cari kampaniyaları haqda məlumat, daha böyük məbləğdə kredit təklifi və sairə aiddir. Bu xidmətin fərqli cəhəti müştərinin bankla iş tarixçəsinə uyğun ona müvafiq təkliflərin edilməsidir. Yeni müştərilər bu xidmətə qoşularaq bankın məhsulları ilə tanış ola və onlara müraciət edə bilər”.
Qeyd edək ki, yeni xidmətə qoşulan müştərinin hər istifadə limiti 30 dəqiqə təşkil edir.Növbəti dəfə xidmətdən faydalanmaq istəyən müştəri yenidən müvafiq qeydiyyatdan keçməlidir. İlkin dövrdə yeni xidmət yalnız “Bank of Baku”-nun Baş İdarəsində fəaliyyət göstərəcək (Atatürk pr., 42)
Bankçılıq sahəsində texnoloji innovasiyalara böyük önəm verən “Bank of Baku” müştəriləri məmnun edəcək yeni xidmətlər üzərində işini davam etdirir.
Ətraflı məlumat: 145 Məlumat Mərkəzi
Bank of Baku
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət