ABŞ dövlət katibi Con Kerri Rusiya prezidenti Vladimir Putinlə görüşdə Rusiyaya qarşı sanksiyalar məsələsini qaldırıb. Bu barədə RF prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Sanksiya mövzusuna toxunulsa da, bu, Rusiya tərəfindən baş vermədi və bu məsələ əvvəlki kimi bizim gündəliyimizdə deyil”, - deyə D.Peskov çərşənbə günü jurnalistlərə bildirib.
Dünən C.Kerri mətbuat konfransında bildirib ki, ABŞ və Aİ-nin Rusiyaya qarşı sanksiyalarının aradan qaldırılmasının əsas şərti Minsk razılaşmalarına əməl edilməsidir.
“Əgər bu razılaşmalar tam şəkildə reallaşdırılsa, aydın məsələdir ki, ABŞ və Aİ-nin Rusiyaya qarşı sanksiyaları ləğv olunacaq”, - deyə C.Kerri bildirib.
O, ABŞ-ın dostları və müttəfiqlərinin Minsk razılaşmalarının reallaşdırılmasına kömək edəcəklərinə və bu işdə müəyyən rol oynayacaqlarına ümid etdiyini bildirib.
Dövlət katibi, həmçinin bəyan edib ki, Minsk sazişində Ukraynanın cənub-şərqində atəşkəs rejiminin tətbiq edilməsini nəzərədə tutan bəndə əməl edilməyib.
“Biz bu razılaşmaların həyata keçirilməsinə nail olmaq üçün bütün tərəflərlə birlikdə işləmək istəyirik. Mən demək istəyirəm ki, həm prezident Putin, həm də xarici işlər naziri Sergey Lavrov Minsk razılaşmalarının həyata keçməsinə nail olmaq istədiklərini bildiriblər. Biz də bu prosesin necə sürətləndirilə və buna mane olan etimadsızlığın necə aradan qaldırıla biləcəyi barədə danışdıq”,- deyə C.Kerri qeyd edib.
O, Ukrayna münaqişəsinin nizamlanması üçün Şirokinoda və Donetsk aeroportunda atəşin dayandırılmasını təxirəsalınmaz addım olaraq qiymətləndirib. “Həmçinin silahsızlaşdırma, ağır silahların çıxarılması və ATƏT-in monitorinqi də vacibdir”,- deyə o bildirib.
C. Kerrinin sözlərinə görə, Minsk sazişinin işçi qrupları çərçivəsində Donbasda seçkilərə və desentralizasiya (mərkəzsizləşdirmə) məsələlərinə dair əsl dialoq aparılmalıdır. Region üçün desentralizasiya statusu çox vacibdir”, - deyə ABŞ dövlət katibi vurğulayıb.
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət