Virciniya Ştatı qubernatoru Terense MakAulif (Terrence R. McAuliffe) Azərbaycanın milli bayramı olan Respublika Günü ilə bağlı rəsmi Bəyanat imzalayaraq 2015-ci ilin 28 may tarixini rəsmi olaraq Azərbaycan Milli Günü elan etmişdir.
Sənəddə, 28 may 1918-ci ildə yaradılmış Azərbaycan Demokratik Respublikasının türk və müsəlman dünyasının ilk demokratik respublikası kimi tarixə düşdüyü, və bütün vətəndaşlarına bərabər hüquq vermiş ilk dövlətlərdən biri olduğu, bu ölkənin həmin dövrdə dünyanın bir çox demokratik dövlətlər, o cümlədən ABŞ tərəfindən tanındığı qeyd olunur.
Ölkəmiz ilə ABŞ arasında mövcud olan strateji tərəfdaşlıq xarakterli münasibətlər qeyd olunur, Azərbaycan Milli Gününün Virciniyada yaşayan Azərbaycanlı icmasının bu ştatın iqtisadiyyatının güclənməsinə və mədəni müxtəlifliyinə töhfəsini xüsusilə qeyd etmək üçün əlavə fürsət olduğu bildirilir.
Həmçinin Texas Senatı və Nümayəndələr Palatası yerləşən binada Texas qubernatoru müavininin rəsmi ziyafətlər zalında Azərbaycanın Respublika Gününə həsr olunmuş tədbir keçirilmişdir. Ziyafət Texas ştatı senator və nümayəndələr palatasının üzvləri və “Azərbaycanın Dostları Assambleyasının” (AFAZ) təşəbbüsü ilə təşkil olunmuşdur. Tədbirdə Texas ştatı Senatı və Nümayəndələr palatasının üzvləri, onların ofisinin təmsilçiləri, həmçinin “Hyuston-Bakı” Qardaşlaşmış Şəhərlər Assosiasiyasının (Houston-Baku Sister City Association) prezidenti İradə Axundova və Amerikada yaşayan Azərbaycan icmasının nümayəndələri iştirak etmişdir.
Tədbir zamanı çıxış edən Texas qanunvericiləri 1918-ci ildə yaranmış Azərbaycan Demokratik Respublikasının ilk şərq demokratiyası olduğunu və ölkəmizin o dövrün bir çox müasir demokratik dövlətlər, o cümlədən ABŞ tərəfindən tanındığını qeyd etmişlər. Azərbaycanın bu gün də ABŞ üçün önəmi xüsusilə qeyd edilərək iki ölkə arasında mövcud olan strateji xarakterli münasibətlər, bir çox sahələrdə uğurlu əməkdaşlıq vurğulanmışdır.
Tədbirdə iştirak edən Azərbaycan Respublikasının ABŞ-da Səfirliyinin müşaviri Məmməd Talıbov çıxış edərək Azərbaycanın ən önəmli milli bayramının yüksək səviyyədə keçirilməsinə imkanın yaradılması üçün Texas millət vəkillərinə təşəkkürünü bildirmiş, Azərbaycanda son illərdə əldə olunmuş nailiyyətlər və bütün sahələrdə gözəçarpan inkişaf barədə məlumatı qonaqların diqqətinə çatdırmışdır.
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət