Azərbaycanda sığorta məsələləri üzrə çağrı mərkəzinin yaradılması planlaşdırılır. Bu barədə cümə axşamı jurnalistlərə Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) rəhbəri Orxan Bayramov məlumat verib.
“Sentyabrda biz sığorta şirkətlərinin nümayəndələri ilə görüşərək bu məsələni müzakirə etmək niyyətindəyik”, - deyə O.Bayramov qeyd edib.
O qeyd edib ki, belə mərkəzin yaradılması zamanı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət), təcrübəsindən istifadə edilə bilər və bu məsələ artıq agentliyin nümayəndələri ilə müzakirə olunub.
“Biz hesab edirik ki, çağrı mərkəzi ayrıca təşkilat olmalıdır, o, nə ASA-nın, nə Dövlət Sığorta Nəzarəti Xidmətinin, nə də İSB-nin nəzdində olmalıdır”, - deyə O.Bayramov bildirib.
Onun sözlərinə görə, mərkəz bazardakı paylarından yaxud bu və ya digər sığorta növü üzrə paylarından asılı olaraq sığorta şirkətləri tərəfindən maliyyələşdirilə bilər. Bu prosesdə ASA və Dövlət Sığorta Nəzarəti Xidməti də iştirak edə bilər.
“Biz ilk olaraq çağrı mərkəzinin icbari sığorta növləri üzrə yaradılmasını, daha sonra onun sığortanın bütün növlərini əhatə etməsini planlaşdırırıq”, - deyə O.Bayramov qeyd edib.
ASA rəhbəri qeyd edib ki, çağrı mərkəzi DSNX tərəfindən yaradılan əhalinin şikayətlərinin qəbulu portalına inteqrasiya edə bilər.
Onun sözlərinə görə, 2015-ci ilin payızında ASA əhalinin sığorta sahəsində məlumatlandırılması üzrə fəaliyyətini aktivləşdirməyi planlaşdırır.
“Biz bu sahədəki işi iki istiqamətdə aparmağı planlaşdırırıq - satışla məşğul olan və müştərilərlə bilavasitə təmasda olan sığorta şirkətlərinin əməkdaşları üçün treninqlər keçirmək və əhali arasında sığorta təbliğatı aparmaq”, - deyə O.Bayramov qeyd edib.
ASA 2006-cı ilin dekabr ayında yaradılıb. ASA-nın yaradılmasında əsas məqsəd ölkənin sığorta bazarının inkişafının təmin edilməsi, həmçinin sığorta bazarının problemləri və perspektivlərinin müzakirəsi zamanı sığorta şirkətlərinin vahid cəbhədən çıxış etməsidir.
A. Axundov
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət