Özündə şərq mədəniyyətinin xüsusiyyətlərini birləşdirən tədbir 7 gün ərzində moskvalıların və pytaxt sakinlərinin görüş yerinə çevrilib. Rusiyada “Qafqaz həftəsi” çərçivəsində Azərbaycana həsr olunmuş unikal fotolayihə işə başlayıb. Layihə etnoqrafiya park muzeyində həyata keçirilib
Ölkənin müxtəlif regionlarından minlərlə insan “Qafqaz həftəsi” layihəsinin qonağı və iştirakçısı olub. Moskva İcra Hakimiyyətinin nümayəndələri və hökuməty nümayəndələri, ictimai xadimlər, gənclər təşkilatlarının, eləcə də yaradıcı kollektivlərini təmsilçiləri bir neçə gün bayram ab- havasında yaşayaraq şəqr qonaqpərvərliyinin canlı şahidləri olublar.
Bayram proqramına milli suvenirlərin hazırlanması üzrə ustad dərsləri, moda nümayişi, Qafqaz mətbəxinin ləziz təamları, rəqslər, milli alətlərədə musiqi nömrələri daxil edilmişdi.
Etnik dünyanın direktoru Ruslan Bayramov qeyd edib ki, tədbirin əsas məqsədi xalqların birlik, sülh və dostluğu missiyasına əsaslanaraq ən yaxşı cəhətləri nümayiş etdirmək idi.
“Qafqaz həftəsi” layihəsində Rusiya -Azərbaycan Dostluğu Məkəzinin “Azərbaycan- odlar yurdu” fotosərgisi xüsusi populyarlıq qazanıb. Bu fotosərgi Avropa Oyunları ərəfəsində RF Dövlət Dumasına da təqdim edilmişdi.
Azrbaycanda məhz bu sərgi üçün çəkilmiş unikal fotoşəkillərdə keçmiş gələcəklə möcüzəli şəkildə ahəng təşkil edir.
Təkrarsız təbiət gözəlliyi, heyranedici memarlıq abidələri, unikal idman arenaları və müasir turizm obyektləri bütn bunlar ziyarətçiləri Azərbaycanın qəlbi Bakıya virtual səyahət etdirərək, onun bənərsiz gözəlliyini hiss etməyə imkan verdi.
Sərgiyə tamaşa edənlərin sözlərinə görə, onlar bu gözəl şəhərə gəlmək arzusuna düşüblər.
Azərbaycan istənilən turisti təəccübləndirməyə qadirdir- deyə tədbirin qonağı Əzəmət Qəniyev bildirib.
Bu şəkillərə baxıram və ora səyahət etmək istəyirəm- deyə Yelena Toroxova onu dəstəkləyir.
Həqiqətən Azərbaycan dünyanın unikal guşələrindəndir. Mən Bakını çox sevirəm və şox şadam ki, bizim sərgi belə rezonans yaradıb- deyə RAD mərkəzinin direktoru Nataliya Krasovskaya qeyd edib.
Biz bu layihəni Dövlət Dumasında həyata keçirəndə fotosərgi keçirmək ideyası yaranmışdı. Bu ideya rusiyalıların yaxın qafqazlı qonşularını daha yaxşı tanısınlar deyə yarandı. Ümid edirəm ki, bu ölkənin qədim tarixi və özünəməxsus mədəniyyəti ilə tanış olmaq imkanı digər Rusiya şəhərlərinə də qismət olacaq.
Rusiya- Azərbaycan parlamentlərarası qrupunun rəhbəri Dmitri Savelyevin sözlərinə görə belə layihələr qonşu ölkələri tanımaq üçün ən yaxşı vasitədir.
Axı gözlərimizlə görüyümüzü beynimiz qəbul edir və bu hər zaman böyük effektə malik olur. Məhz buna görə bu fotosərgi xalqlarımızın yaxınlaşmasında böyük rol oynayır”,- deyə parlamentari qeyd edib.-“Gözəl bir ifadə var, Parisi gör və sonra öl.Mən bu ifadəni Bakı haqqında söyləyərdim.Azərbaycan çox unikal ölkədir. Mən hər kəsə bu ölkəyə səfər etməyi tövsiyə edirəm və ümid edirəm ki, bu ekspozisiya buna təkan verəcək.
“Azərbaycan-odlar yurdu” fotosərgisi sentyabrın 7-nə qədər öz işini davam etdirəcək. Gələcəkdə sərginin ölkənin digər şəhərlərində də nümayiş etdirilməsi planlaşdırılır.
RAD mərkəzinin mətbuat xidmət
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət