“Brent” markalı neftin bir barelinin qiymətinin 25 dollara qədər azalması 1 ABŞ dollarının 2 manata qədər bahalaşması ilə nəticələnə bilər. “Sberbank Investment Research” analitikləri belə hesab edirlər.
“Azərbaycan rəhbərliyi bu həftə maliyyə və valyuta bazarının sabitləşməsi üçün tədbirlərin görüləcəyini bildirib. Bu tədbirlər neftin qiymətlərinin kəskin ucuzlaşmasına görə manata təzyiqin azaldılmasına yönəlib”, - deyə “Sberbank Investment Research” departamentinin analitik icmalında bildirilir.
Azərbaycan daşınmaz əmlak, qiymətli kağız alınması məqsədi ilə ölkə hüdudlarından kənara çıxarılan xarici valyutaya 20% dövlət rüsumu tətbiq edib. Bu, tədbirlər planının bir hissəsi olmaqla, neftdən son dərəcə asılı olan ölkə iqtisadiyyatının dəstəklənməsinə yönəlib (neft və qaz satışları məcmu ixracın 90%-ni və dövlət büdcəsinin gəlirlərinin 70%-dən çoxunu təşkil edir). Digər tədbirlərin sırasında bank depozitlərinin bütün məbləğinin sığortalanması, əmanət və dividendlər üzrə vergi güzəştlərinin tətbiq edilməsi də dayanır.
“Yeni tədbirlərin tətbiq edilməsi haqqında qərar dekabrın 21-də Azərbaycan Mərkəzi Bankı çevik məzənnə rejiminə keçdikdən və bununla da manatın ABŞ dollarına nisbətən məzənnəsi 35% ucuzlaşdıqdan bir ay sonra qəbul edildi”, - deyə icmalda qeyd olunur.
Analitiklər hesab edirlər ki, Azərbaycan son 18 ayda Rusiya və Qazaxıstanın neft qiymətlərinin azalması fonunda üzləşdiyi problemlərlə qarşılaşıb.
Neft qiymətlərinin azalması müəyyən edilmiş məzənnə rejiminin tətbiq olunduğu region ölkələrinin valyutalarına güclü təsir göstərib. Yaranmış vəziyyət büdcə dinamikasının pisləşməsinə səbəb olub. Təcrübə göstərir ki, belə çətinliklər yaşayan ölkələr bir qayda olaraq son nəticədə öz qızıl valyuta ehtiyatlarını qorumağa və valyuta məzənnəsinin yüksək çevikliyinə üstünlük verirlər. Azərbaycana gəlincə, yerli mərkəzi bankın ehtiyatları bir il əvvəl $15 mlrd.-dan $6 mlrd.-a qədər azalıb, baxmayaraq ki, ölkənin $30 mlrd.-dan çox əlavə ehtiyatı var (Dövlət Neft Fondunun balansında)
“Manat hansı səviyyəyə qədər azalacaq sualı açıq qalmaqdadır. Belə vəziyyətin səbəbi ondadır ki, bazar neft qiymətlərinin hansı səviyyəyə qədər azalacağını proqnozlaşdıra bilmir. Dünən “Brent” markalı neftin bir barelinin qiymətinin 25 dollara qədər və daha aşağı səviyyəyə düşəcəyi təqdirdə görüləcək tədbirlərin elan edilməsinə baxmayaraq, dolların manata nisbətən məzənnəsi indiki 1,6 manatdan daha çox bahalaşa və hətta 2 manata çata bilər”, - deyə icmalda qeyd edilir.
A.Əzizov
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət