“BP-Azerbaijan” şirkəti 2017-ci ilin sonunda Abşeron arxipelaqının dayazsulu hissəsində kəşfiyyat-qazma işlərinə başlaya bilər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə BP şirkətinin Azərbaycan-Türkiyə-Gürcüstan üzrə regional prezidenti Qordon Birrell məlumat verib.
O deyib ki, 2016-cı ilin aprel ayında müqavilə meydançasında üçölçülü (3D) seysmik tədqiqatlara başlanacaq. Hazırda bu istiqamətdə son hazırlıq işləri aparılır.
“Bu tədqiqatlar bizim üçün böyük əhəmiyyət kəsb edir, çünki gələcək qazma işləri onların nəticəsindən asılıdır. Əgər nəticələr uğurlu olarsa, o zaman kəşfiyyat quyularınınm qazılması üçün 4-dək ən perspektivli struktur seçiləcək. 2017-ci ilin sonunda qazma əməliyyatlarına başlayacağıq”, - deyə Q.Birrell qeyd edib.
Onun sözlərinə görə, müqavilə sahəsindəki ərazidə dənizin o qədər də dərin olmaması nəzərə alınaraq qazma qurğusunun quraşdırılması ilə çox çətinliklər olmayacaq. “Baxacağımız və aralarından seçim edəcəyimiz bir neçə qazma qurğusu var”, - deyə Q.Birrell vurğulayıb.
Xəbər verildiyi kimi, bu ilin mart ayında “BP-Azerbaijan” şirkəti Abşeron arxipelaqının dayazsulu hissəsində üçölçülü seysmik tədqiqatlara başlamağı və noyabrın 24-də başa çatdırmağı planlaşdırırdı. Müqavilə blokunun ümumi ərazisi 1,9 min kvadratmetr təşkil edir. Seysmik tədqiqatlar 1,52 min kvadratmetr ərazini əhatə edəcək. 90 kvadratmetr ərazi quruda tədqiq olunacaq.
Dənizdə tədqiqatlar 25 metr dərinliyə qədər ərazidə 5 gəminin istifadəsi ilə həyata keçiriləcək.
2014-cü il dekabrın 22-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə BP şirkəti arasında Abşeron yarımadasının ətrafındakı dayazsulu sahədə yerləşən potensial perspektiv strukturlarda birgə geoloji kəşfiyyat işlərinin aparılması və işlənməsi haqqında hasilatın pay bölgüsü sazişi imzalanıb. Saziş üzrə 50% pay BP, 50% pay isə SOCARA-a məxsusdur.
Saziş çərçivəsində işlər 3 mərhələyə bölünüb: ilkin kəşfiyyat, əsas kəşfiyyat, yataqların işlənməsi.
30 aya qədər davam edəcək birinci mərhələ çərçivəsində BP 3D və 2D seymik tədqiqat həyata keçirməli, həmçinin işlərin bütün müqavilə ərazisində ətraf mühitə təsirini qiymətləndirməlidir.
Əgər BP bu müddət ərzində perspektivli strukturlar aşkar edərsə, o zamam şirkət 4 bu cür struktur seçmək və növbəti mərhələyə - əsas kəşfiyyata keçmək hüququna malikdir.
Müqaviləyə əsasən, ikinci mərhələnin reallaşması 3 ilə qədər müddəti əhatə edə bilər.
Bu dövrdə BP seçilən strukturların mühəndis-geoloji tədqiqatını aparmalı və həmin işlərin ətraf mühitə təsirinin qiymətləndirilməsinə dair hesabat hazırlamalıdır. Bu dövr ərzində podratçı kommersiya nöqteyi-nəzərindən qiymətli ehtiyatlar aşkar edərək bu barədə SOCAR-a məlumat verərsə, 6 ay ərzində həmin yataqların işlənməsi proqramını hazırlamalı və bundan sonra 3-cü mərhələ - birbaşa işlənmə prosesinə keçməlidir.
Saziş işlənmə mərhələsinin 23 il davam edəcəyini nəzərdə tutur, lakin bu dövr uzadıla bilər. BP işlənmə mərhələsinin başlandığı 36 ay ərzində sənaye hasilatına başlamalıdır.
Bundan başqa, sənədə əsasən, BP yerli kadrların təlimlərinə təxminən $200 min məbləğində xərcləri təmənnasız ödəməyi öhdəsinə götürüb.
N.Abbasova
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət