Dünya Bankının (DB) Direktorlar Şurası Azərbaycana Bakı-Şamaxı avtomobil yolunun genişləndirilməsi layihəsinin başa çatdırılması üçün $140 mln. həcmində əlavə kreditin ayrılmasını təsdiq edib. Bu barədə bankdan məlumat verilib.
“$140 mln. həcmində əlavə kreditin ayrılması Bakı-Şamaxı avtomobil yolunun tam modernləşdirilməsini başa çatdırmağa yardım edəcək, həmçinin Azərbaycanın avtomobil magistralının idarə olunması proqramı və texniki xidmətin möhkəmlənməsinə imkan verəcək”, - deyə məlumatda qeyd olunur.
Layihənin ümumi dəyəri $155,5 mln. təşkil edir ($28 mln. həcmində ƏDV nəzərə alınmadan), bunun $15,5 mln.-u Azərbaycan hökumətinin payıdır.
Layihə turizm və sənaye istehsalının inkişafı üçün vacib potensiala malik olan Azərbaycanın mərkəzi dağlıq və şimal rayonlarında ən yaxşı nəqliyyat xidmətlərini təmin etməyə yardım edəcək.
DB-nin Direktorlar Şurası 2010-cu ilin may ayında avtomobil yollarının yaxşılaşdırılması ilə bağlı 3-cü layihə üçün Azərbaycana $241,6 mln. məbləğində kreditin ayrılmasını təsdiq edib. Kredit iki hissədən ibarətdir. Xüsusilə $171,6 mln. Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının şərtləri ilə 4 ili güzəştli olmaqla 17 il müddətinə ayrılıb. $70 mln. məbləğində daha bir kredit isə Beynəlxalq İnkişaf Assosiasiyasının şərtləri ilə 10 ili güzəştli olmaqla 20 il müddətinə ayrılıb. Layihənin ümumi dəyəri $356,15 mln. məbləğində qiymətləndirilir. Layihənin reallaşdırılması üçün qalan məbləğ Azərbaycan hökuməti tərəfindən ayrılacaq. DB-nin kredit vəsaitləri uzunluğu 100 km-dən çox olan Bakı-Şamaxı yolunun bir hissəsinin iki zolaqdan dörd zolağa qədər genişləndirilməsi, magistral yolların idarə və istismarına yeni yanaşmaların tətbiqi üzrə tədqiqatların aparılması üçün istifadə ediləcək.
Azərbaycan 1992-ci ildən DB-nin üzvüdür. İndiyədək bank Azərbaycanda 55 layihənin reallaşdırılmasına ümumilikdə $3,3 mlrd.-dan artıq məbləğdə kredit və qrant ayırıb.
A.Əzizov
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət